Tərkib:
- 100 qr yumşaq kərə yağı
- 1 stəkan şəkər tozu
- 2 yumurta
- 1 stəkan kokos yonqarı
- 1 stəkan un
- 1 ç.q. qabartma tozu
- 1 ç.q. vanilli şəkər tozu
- albalı
Hazırlanması:
1. Yumşaq kərə yağını şəkər tozu və vanilli şəkər tozu ilə çalın.
2. Yumurta əlavə edin, çalın.
3. Kokos əlavə edin, qarışdırın.
4. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın.
5. Albalını yuyun, çəyirdəklərini çıxardın, kağız dəsmalın üzərində bir qədər qurudun.
6. Xəmiri kolbasa şəklində yayın, kiçik tikələri kəsin, yastıladın, ortasına albalı qoyun.
7. Tavanın üzərinə perqament kağızı sərin, peçenyeləri düzün.
8. Sobanı qabaqcadan 170-180 C qədər qızdırın, peçenyeləri 15-20 dəqiqə ərzində bişirin (üstü bir az qızarmalıdır).
9. Peçenye soyuyandan sonra üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az