Tez hazırlanan ÇİYƏLƏKLİ PİROQ

Tərkib:

Xəmir üçün:

- 1,5 stəkan un

- 100 qr soyuq kərə yağı

- yarım stəkan şəkər tozu

- 1 yumurta

- yarım ç.q. qabartma tozu

- 1 çimdik duz

- 1 ç.q. vanilli şəkər tozu

İçlik üçün:

- 400 qr çiyələk

- 1 stəkan şəkər tozu

- 1,5 x.q. nişasta

Hazırlanması

1. Sobanı 180 C qədər qızdırın.

2. Çiyələyi, təmizləyn, yuyun, dəsmalda bir qədər qurudun.

3. Un, qabartma tozu, duz və şəkər tozunu qarışdırın.

4. Qarışığa soyuq kərə yağını sürtgəcdən keçirin, tez ovuşdurun.

5. Yumurtanı vanilli şəkər tozu ilə çəngəllə yüngül çalın, xəmirə tökün, tez qarışdırın. Xəmirin təxminən 1/4 hissəsini kənara qoyun.

6. Xəmirin böyük hissəsini formaya qoyun, yastıladın.

7. Çiyələyi tikələrə doğrayın, şəkər tozu və nişasta ilə qarışdırın, xəmirin üzərinə qoyun, hamarlayın.

8. Xəmirin qalan hissəsini kiçik tikələrə doğrayın, çiyələyin üzərinə düzün.

9. Piroqu təxminən 45 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.az



 

 

.