Albalı ilə KƏSMİKLİ-ŞOKOLADLI PEÇENYE. Asan və çox dadlı - FOTO

Tərkib:

- 100 qr kərə yağı

- 200 qr yağlı kəsmik

- 1 dolu olmayan stəkan şəkər tozu

- 1 stəkan un

- 1,5 ç.q. qabartma tozu

- 1 yumurta sarısı

- 1 stəkan albalı

- 50 qr şokolad

Hazırlanması:

1. Yumşaq kərə yağını şəkər tozu ilə mikserlə qarışdırın.

2. Sürtgəcdən keçirilmiş şokolad, kəsmik və yumurtanın sarısını əlavə edin, yaxşı qarışdırın.

3. Albalıdan çəyirdəkləri çıxardın, kütləyə əlavə edin, qarışdırın.

4. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın. Qatı, yapışqan xəmir alınmalıdır.

5. Xəmiri plyonkaya kolbasa formasında bükün, 1 saat soyuducuda saxlayın.

6. Tavaya perqament kağızı sərin, "kolbasa"nı 1 sm qalınlıqda tikələrə doğrayın, tavaya düzün.

7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni 25 dəqiqə ərzində bişirin.

8. Peçenye soyuyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az