Albalı ilə ÇOX SADƏ şəkərli piroq

Tərkib:

- 100 qr kərə yağı

- 1 stəkan un

- 150 qr şəkər tozu

- 2 yumurta

- 1 ç.q. qabartma tozu

- yarım kq albalı

Hazırlanması:

1. Yumşaq kərə yağını şəkər tozu ilə yaxşı qarışdırın.

2. Yumurta əlavə edin, yenə qarışdırın.

3. Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, qarışdırın.

4. Formaya yağ çəkin, xəmir qoyun.

5. Üzərinə çəyirdəyi çıxarılmış albalı düzün.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 40 dəqiqə bişirin.

7. Piroqu soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az



 

 

.