Asan hazırlanan ÇİYƏLƏKLİ PEÇENYE

Tərkib:

Xəmir:

- 100 qr xama

- 1,5 stəkan un

- 100 qr kərə yağı

- 1 yumurta

- yarım stəkan şəkər tozu

İçlik:

- 200 qr təzə çiyələk

- 3 x.q. şəkər tozu

- 1 x.q. nişasta

Hazırlanması:

1. Yağı əridin, soyudun, şəkər tozu, xama, yumurta əlavə edin, yaxşı qarışdırın.

2. Ələnmiş un əlavə edin, qarışdırın, plyonkaya  bükün, 30 dəqiqə soyuduca saxlayın.

3. Çiyələyi şəkər tozu və nişasta ilə blenderdə qarışdırın, vam odda qatılaşana qədər qızdırın.

4. Xəmiri 2 hissəyə bölün, hər hissəni nazik yayın, üzərinə içlik çəkin, rulet formasında bükün, tikələrə doğrayın.

5. Tavaya perqament kağızı sərin, peçenye düzün.

6. Sobanı qabaqcadan 170 C qədər qızdırın, peçenyeni 25-30 dəqiqə bişirin.

7. Peçenye soyuyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az