Tərkib:
- 3 yumurta
- 1 stəkan şəkər tozu
- 100 qr kərə yağı
- 1 paket vanil
- 1,5 stəkan un
- 1 ç.q. qabartma tozu
- 300 qr çiyələk
Hazırlanması:
1. 3 yumurta sarısı şəkər tozu və vanillə yaxşı çalınır, kərə yağı əlavə olunur, qarışdırılır.
2. Yumurta ağı yaxşı çalınır, qaşıqla yumurtalı-yağlı kütləyə əlavə olunur, aşağıdan yuxarıya doğru ehtiyatla qarışdırılır.
3. Un qabartma tozu ilə qarışdırılır, ələnir, hissə-hissə xəmirə əlavə olunur, ehtiyatla qarışdırılır.
4. Formaya perqament sərin xəmir tökün, üzərinə çiyələk düzün.
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 35 dəqiqə bişirin.
6. Piroqu soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az