Çox asan və ləzzətli ŞOKOLADLI KEKS

Tərkib:

Xəmir üçün:

- 1 st. un

- 1 st. şəkər tozu (çox şirin xoşlamırsınızsa, şəkərin miqdarını bir qədər azaldın)

- 1 stəkan qatıq

- 1 yumurta

- 1,5 ç.q. qabartma tozu

- 2 x.q. bitki yağı

- 2 x.q. kakao-toz

Qlazur üçün:

- 2 x.q. kakao-toz

- 2 x.q. şəkər tozu

- 2 x.q. xama

- 1 x.q. kərə yağı

Hazırlanması:

1. Bir qaba un, kakao və qabartma tozunu birlikdə ələyin, şəkər tozunu əlavə edin, qarışdırın.

2. O biri qabda yumurta, qatıq və bitki yağını birlikdə çalın.

3. Kütlələri ehtiyatla qarışdırın.

4. Formaya yağ çəkin, xəmir qoyun.

5. Keksi qabaqcadan 180 C qədər qızdırılmış sobada 40 dəqiqə ərzində bişirin. Hazır olub-olmadığını quru diş çöpü ilə yoxlayın.

6. Qlazur hazırlayırıq: Kiçik qazanda qlazur üçün olan bütün inqrediyentləri qarışdırın, odun üzərinə qoyun, qaynamağa başlayanda odda götürün, bir qədər soyudun.

7. Keksi soyudun, üzərinə qlazur tökün.

Nuş olsun!

Evdarliq.az



 

 

.