Limonlu kremlə PİROQ - FOTO

Tərkib:

- 300 qr un

- 1 limon

- 180 qr kərə yağı

- 1 stəkan şəkər pudrası

- 8 qr qabartma tozu

- 3 yumurta

Hazırlanması:

1. Un, qabartma tozu və 100 qr şəkər pudrası qarışdırılır. (Qalan şəkər tozu krem üşün istifadə olunacaq.)

2. Yağı unun içinə xırda doğrayın, unu yağla ovun ki, xırda ovuntu alınsız.

3. 1 yumurta əlavə edin, xəmir yoğurun. Yumşaq, zərif xəmir alınmalıdır.

4. Xəmiri plyonkaya bükün, soyuducuda yarım saat saxlayın.

5. Krem hazırlayırıq. Limondan şirə sıxın. Qalan 30 qr kərə yağını əridin, limon şirəsini, qalan şəkər pudrasını və 2 yumurtanı əlavə edin, yaxşı qarışdırın. Kremi vam odda qarışdıra-qarışdıra 5-6 dəqiqə bişirin.

6. Formaya perqament sərin, xəmirin 2/3 hissəsini qoyun, qıraqları qaldırın, hamarlayın.

7. Üzərinə krem tökün.

8. Xəmirin qalan hissəsini yayın və nazik zolaqlara kəsin.

9. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Mənbə: hozoboz.com

Tərcümə: Evdarliq.az