Tərkib:
- 100 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- yarım stəkan xama
- 1 ç.q. qabartma tozu
- 1 paket vanilin
- 1,5 stəkan un
- 3 yumurta
Hazırlanması:
1. Yumşaq kərə yağı şəkər tozu və vanilli şəkər tozu ilə mikserlə yaxşı çalınır.
2. Xama əlavə edin, yenə mikserlə çalın.
3. Bir-bir yumurta əlavə edin, çalın.
4. Unu qabartma tozu ilə birlikdə ələyin, əlavə edin, qarışdırın. Hamar qatı xəmir alınmalıdır.
5. Formaya perqament kağızı sərin, xəmir qoyun.
6. Sobanı qabaqcadan 180 c qədər qızdırın, təxminən 30-35 dəqiqə bişirin. Keksin hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
7. Keks soyuyanda üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az