Tərkib:
- 1 yumurta
- 1 stəkan təzə qatıq (turş olmamalıdır)
- 1,5 stəkan (1 stəkan + yarım stəkan) un
- 1 paket qabartma tozu
- 1 stəkan şəkər tozu
- 100 qr kokos
- 200 qr qaymaq (10-20% yağlılığı)
- 5 qr kərə yağı (formaya çəkmək üçün)
Hazırlanması:
1. Yumurta qatıqla qarışdırılır.
2. Hissə-hissə un əlavə olunur, yaxşı qarışdırılır.
3. Qabartma tozu əlavə olunur, qarışdırılır.
4. Yarım stəkan şəkər tozu əlavə olunur, kütlə yaxşı qarışdırılır.
5. Formaya (24-28 sm) kərə yağı çəkin, xəmiri formaya qoyun.
6. Şəkər tozunun qalan hissəsini kokosla qarışdırın, xəmirin üzərinə tökün, hamarlayın.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Piroqu 25-30 dəqiqə ərzində bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
8. İsti halda olan piroqun üzərinə bərabər şəkildə qaymaq tökün. Piroq hazırdır.
Nuş olsun!
Evdarliq.az