Tərkib:
- yarım l süd
- 1 stəkan şəkər tozu
- 3 yumurta
- 4 x.q. un
- 1 paket vanilli şəkər tozu
- 50 qr kərə yağı
Hazırlanması:
1. Yumurta şəkər tozu və vanilli şəkər tozu ilə qarışdırılır, ələnmiş un əlavə olunur, yaxşı qarışdırılır.
2. Hissə-hissə ilıq süd əlavə olunur, hər dəfə yaxşı qarışdırılır.
3. Kütləni divarları qalın olan qazana tökün, vam odda qatılaşana qədər bişirin. Kütləni daim qarışdırın ki, yanmasın.
4. Kütlə qatılaşanda, oddan götürün, kərə yağı əlavə edin, yağ əriyənə qədər qarışdırın.
Nuş olsun!
Evdarliq.az