Tərkib:
- 12 kiçik lavaş
- 1 banka "squşonka"
- 200 qr kərə yağı
- 1 paket vanilin.
Hazırlanması:
1. Lavaşları quru tavada hər iki tərəfdən qurudun (lavaş bir qədər qızarmalıdır), soyudun.
2. Yumşaq yağı ağarana qədər mikserlə çalın, hissə-hissə "squşonka" əlavə edin, çalın. Vanilin əlavə edin.
3. Lavaşların arasına krem çəkin, üst-üstə yığın. Sonuncu lavaşı ovun, üzərinə tökün.
Nuş olsun!
Evdarliq.az