Çox sadə CEMLİ PİROQ

Tərkib:

- 5 yumurta

- yarım stəkan un

- 1 x.q. kartof nişastası

- yarım stəkan şəkər tozu

- 1 stəkan qatı cem

- 1 paket vanilli şəkər tozu

Hazırlanması:

1. Yumurtanı şəkər tozu və vanilli şəkər tozu ilə mikserlə yaxşı çalın. Kütlə bir neçə dəfə artmalıdır.

2. Unu kartof nişastası ilə birlikdə ələyin, hissə-hissə yumurtalı kütləyə əlavə edin, ehtiyatla qaşıqla qarışdırın.

3. Formaya yağ çəkin, bir az un səpin, xəmiri qoyun.

4. Sobanı qabaqcadan 180 C qədər qızdırın, biskviti 50-60 dəqiqə ərzində bişirin.

5. Biskviti soyudun, 2 hissəyə bölün, hər iki hissəyə cem çəkin, üst-üstə qoyun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az



 

 

.