Qozlu peçenye

Tərkib:

Xəmir üçün:

- 200 qr kərə yağı

- 3-3,5 stəkan un

- 200 qr xama

- 3 x.q. şəkər tozu

- 1 paket vanilli şəkər tozu

- yarım ç.q. soda

İçlik:

- 300 qr qoz

- 1 stəkan şəkər tozu  

Hazırlanması:

1. Yumşalmış kərə yağı xama ilə qarışdırırlır, şəkə tozu, vanilli şəkər tozu və soda (limon şirəsi ilə söndürün) əlavə olunur, qarışdırılır.

2. Hissə-hissə ələnmiş un əlavə olunur, xəmir yoğrulur.

3. Xəmir 4 hissəyə bölünür, hər hissə yarım sm qalınlıqda yayılır.

4. Qozu blenderdə əzin, şəkər tozu əlavə edin, yaxşı qarışdırın.

5. Yayılmış xəmiri üçbucaqlara bölün. Üçbucağın enli hissəsinə içlik qoyun, qıraqlarını bir qədər içəriyə doğru qatlayın, borucuqlar şəklində bükün.

6. Tavaya kağız sərin, peçenyeləri düzün, qabaqcadan 170-180 C qədər qızdırılmış sobada 30 dəqiqə ərzində bişirin.

7. Peçenyeləri soyudun, üzərinə pudra səpin.  

Nuş olsun!

Evdarliq.az



 

 

.