Lavaşdan çox dadlı piroqlar hazırlamaq olar. Sizə çox dadlı cemli piroqun reseptini təqdim edirik.
Tərkib:
- 2 iri lavaş
- 300 qr xama
- 2 yumurta
- 1/2 stəkan şəkər tozu
- 1 paket vanilli şəkər tozu
- 300 qr qatı cem
Hazırlanması:
1. Xama, yumurta, şəkər tozu, vanilli şəkər tozu yaxşı qarışdırırlır.
2. Formaya yağ çəkin, lavaş qoyun, üzərinə fırça ilə yumurtalı-xamalı kütləni çəkin. Lavaşın qıraqları formadan sallanmalıdr.
3. Üzərinə o biri lavaşı qoyun, yenə yumurtalı-xamalı kütləni çəkin, üzərinə cemin yarısını qoyun, lavaşın qıraqlarını cemin üzərinə qatlayın.
4. Üzərinə qalan cemi qoyun, o biri lavaşın qıraqlarını qatlayın, üzərinə yumurtalı-xamalı kütləni tökün.
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Piroqu üstü qızarana qədər bişirin (təxminən 20 dəqiqə).
Nuş olsun!
Evdarliq.az