Sadə ŞOKOLADLI RULET

Xəmir üçün:

- 3 yumurta

- 1 x.q. şəkər tozu

- yarım banka "squşonka"

- 1 ç.q. qabartma tozu

- 100 qr kərə yağı

- 5 x.q. un

İçlik:

- 1 banka bişmiş "squşonka"

- 1 ovuc qoz

Üzərinə tökmək üçün qlazur - 100 qr şokolad , 2-3 x.q. süd, 1 x.q. kərə yağı

Hazırlanması:

1. Unu ələyin və qabartma tozu ilə qarışdırın.

2. Yağı əridin, soyudun.

3. Yumurtanı şəkər tozu ilə çalın, hissə-hissə squşonka əlavə edin, çalmağı davam edin.

4. Un əlavə edin, yaxşı qarışdırın.

5. Əridilmiş yağ əlavə edin, qarışdırın.

6. Tavaya perqament sərin, xəmiri tökün, hamarlayın.

7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, korju 15-20 dəqiqə bişirin.

8. İsti korja tez squşonka çəkin, doğranmış qoz səpin və rulet formasında bükün.

9. Qlazur hazırlamaq üçün şokoladı su hamamında əridin, süd və kərə yağı əlavə edin, yaxşı qarışdırın.

10. Rulet soyuyandan sonra üzərinə qlazur çəkin, doğranmış qoz səpin.

Nuş olsun!

Evdarliq.az