Çox dadlı və ətirli biskvit alınır. Biskviti 2-3 hissəyə bölüb və istənilən krem çəkib tort hazırlaya bilərsiniz.
Ərzaqlar:
- 5 yumurta
- 1 stəkan şəkər tozu
- 6 x.q. bal
- 1 ç.q. soda
- 2 stəkan un
Hazırlanması:
1. Bal və sodanı qazana qoyun və vam odda qarışdıra-qarışdıra qızdırın. Kütlə tündləşməli və artmalıdır.
2. Başqa qabda yumurtanı şəkər tozu ilə mikserlə yaxşı çalın.
3. Yumurtalı kütləyə ballı kütləni əlavə edin, mikserlə qarışdırın.
4. Hissə-hissə ələnmiş un əlavə edin, qaşıqla qarışdırın. Xama qatılığında kütlə alınmalıdır.
5. Sobanı qabaqcadan 180 c qədər qızdırın. Biskviti təxminən 30-40 dəqiqə ərzində bişirin.
6. Biskvitin üzərini əridilmiş şokolad və doğranmış qozla bəzəmək olar.
Nuş olsun!
Evdarliq.az