Tərkibi:
Xəmir:
- 500 qr kəsmik
- 2 yumurta
- 1 stəkan bitki yağı (iysiz)
- 1 stəkan şəkər tozu
- 2 paket qabartma tozu
- təxminən 800 qr un
İçlik:
- 7 orta ölçüdə şirin alma
- yarım çay qaşığı darçın
Hazırlanması:
1. Kəsmik, 2 yumurta ağı, bitki yağı, şəkər tozu və qabartma tozu birlikdə mikserlə yaxşı çalınır.
2. Hissə-hissə ələnmiş un əlavə olunur. (Yumşaq elastik xəmir alınmalıdır.)
3. Almaları soyun, sürtgəcdən keçirin, darçın əlavə edin, qarışdırın.
4. Xəmiri 2 hissəyə bölün, kolbasa şəklində yayın, tikələrə bölün.
5. Xəmir tikəsini yastıladın, içlik qoyun, bükün.
6. Tavaya perqament kağızı sərin, pirojkiləri düzün, üzərinə yumurtanın sarısını çəkin.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, təxminən 30-35 dəqiqə ərzində bişirin (üstü qızarana kimi).
Nuş olsun!
Evdarliq.az