Alma cemi ilə şokoladlı peçenye

Alma cemi ilə şokoladlı peçenyenin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

- 2 stəkan un 

- 80 q kakao tozu

- 150 q kərə yağı

- yarım stəkan şəkər tozu

- 2 yumurta

- 200 q alma cemi

Hazırlanması:

1. Unla kakaonu birlikdə masanın üzərinə ələyin. Donmuş kərə yağını üzərinə sürtgəcdən keçirib bıçaqla döyün. Ovuntuq alınacaq.

2. Təpələmə yığıb ortasında çuxur açın. Buraya şəkər tozunu və yumurtanı əlavə edin.

3. Hamar, elastik xəmir yoğurun. 30 dəqiqə soyuducuda saxlayın.

4. Masanın üzərinə un səpin. Xəmiri 5 mm qalınlıqda yayın, kvadratlara bölün.

5. Bir kvadratın ortasına 1 ç.q. cem qoyun, digərini üzərinə örtüb kənarlarını çəngəllə basıb bitişdirin. Bütün xəmiri və cemi bu qaydada hazırlayın. Yağlanmış formaya yığıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.  

Nuş olsun!

Milli.az



 

 

.