Tərkibi:
- 1 stəkan təzə qatıq (250 qr)
- 1 ç.q. soda
- 1 stəkan şəkər tozu
- 1 stəkan un
- 2 x.q kakao-toz
Krem: 1 banka bişmiş qatılaşdırılmış süd ("squşonka")
Üzərinə səpmək üçün: xırdalanmış qoz
Hazırlanması:
1. Qatığı soda ilə qarışdırın.
2. Digər qabda kako-toz, şəkər tozu və unu qarışdırın, üzərinə qatıq tökün, yaxşı qarışdırın.
3. Formaya yağ çəkin, xəmir tökün.
4. Sobanı qabaqcadan 200 C qədər qızdırın, korju təxminən 25 dəqiqə bişirin.
5. Korju soyudun, 2 hissəyə bölün, korjların aralarına və tortun üzərinə squşonka çəkin və qoz səpin.
6. Tortu 5-6 saat saxlayın. Sonra masaya verin.
Nuş olsun!
Evdarliq.az