Şokoladlı qlazurla BALLI PİROQ

Tərkibi:

- 2 stəkan un

- 2 yumurta

- yarım stəkan şəkər tozu

- 3 x.q duru bal

- 2 ç.q qabartma tozu

- 150 qr kərə yağı

Qlazur üçün: 100 qr şokolad + 30 qr kərə yağı.

Hazırlanması:

1. Yumurta, yumşaq kərə yağı, şəkər tozu və bal yaxşı qarışdırılır.

2. Un qabartma tozu ilə qarışdırılır, ələnir, yağlı-ballı kütləyə əlavə olunur, qarışdırılır.

3. Formaya yağ çəkin, kağız sərin, xəmir qoyun, hamarlayın.

4. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 30 dəqiqə ərzində bişirin.

5. Şokoladı əridin, kərə yağl əlavə edin, qarışdırın, bir qədər soyudun.

6. Qlazuru piroqun üzərinə tökün, xırdalanmış qoz səpin.

Nuş olsun!

Evdarliq.az



 

 

.