Tərkibi:
Xəmir:
- 2 yumurta
- 1 banka "squşonka"
- 1 stəkan un
- 1 ç.q soda + 1 desert qaşığı limon şirəsi (söndürmək üçün)
- 1 paket vanilli şəkər tozu
Krem:
- 600 qr yağlı xama
- 150 qr pudra
- 100-150 qr qara qavalı
Hazırlanması:
1. Yumurtanı mikserlə yaxşı çalın, hissə-hissə squşonka və un əlavə edin, çalın.
2. Soda və vanilli şəkər tozu əlavə edin, qarışdırın.
3. Formaya yağ çəkin, un səpin, xəmir tökün.
4. Korju qabaqcadan 180 C qədər qızdırılmış sobada təxminən 30 dəqiqə ərzində bişirin.
5. Korju 3 hissəyə bölün.
6. Krem üçün xamanı pudra ilə mikserlə yaxşı çalın. Qara qavalının yuyun, çəyirdəklərini çıxardın, nazik doğrayın, kremə əlavə edin, qaşıqla qarışdırın.
7. Kremi dərhal korjlara çəkin, tortun üzərini zövqünüzə görə bəzəyin.
Nuş olsun!
Mənbə: povarenok.ru
Tərcümə: Evdarliq.az