Squşonka ilə zərif bulkalar

Tərkib:

- 1 stəkan süd

- 4 stəkan un

- 1 ç.q. maya

- 1 yumurta + 1 yumurta sarısı (bulkaların üzərinə çəkmək üçün)

- 3 x.q. şəkər tozu

- yarım banka bişmiş squşonka

- şəkər pudrası (üzərinə tökmək üçün)

- 50 qr kərə yağı

- 1 çimdik duz.

Hazırlanması:

1. Mayanı ilıq süddə əridin, 1 ç.q. şəkər tozu əlavə edin, qarışdırın, 20 dəqiqə isti yerdə saxlayın ki, şişsin.

2. Yağı əridin, soyudun, yumurta və qalan şəkər tozunu əlavə edin, qarışdırın.

3. Hissə-hissə un əlavə edin, qarışdırın, duz əlavə edin, qarışdırın.

4. Mayanı əlavə edin, yaxşı qarışdırın. Yumşaq xəmir alınmalıdır. Çox un tökməyin ki, xəmir bərk olmasın. Xəmiri isti yerdə 1 saat saxlayın.

5. Xəmir 2 dəfə artanda, təxminən 5 sm qalınlıqda yayın, üzərinə squşonka çəkin, rulet kimi bükün, 2-3 sm enində tikələrə doğrayın.

6. Tavaya yağ çəkin, bulkaları düzün (aralarında məsafə qalmalıdır), üzərinə mətbəx dəsmalı sərin, 20 dəqiqə saxlayın.

7. Bulkaların üzərinə çalınmış yumurtanın sarısını çəkin.  

8. Sobanı 200 C qədər qızdırın, bulkaları 15-20 dəqiqə ərzində bişirin.

9. Bulkaları soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.Az



 

 

.