Tez hazırlanan XAMALI PEÇENYE

Tərkib:

- 200 qr qatı xama

- 100 qr kərə yağı

- 1 stəkan şəkər tozu

- 3 yumurta

- yarım ç.q. qabartma tozu

- 3,5 stəkan un

- yarım çay qaşığı darçın

Hazırlanması:

1. Xama, yumşaq kərə yağı, şəkər tozu, yumurta, darçın yaxşı qarışdırılır.

2. Un qabartma tozu ilə qarışdırılır, ələnir, hissə-hissə kütləyə əlavə olunur, yaxşı qarışdırılır, xəmir yoğrulur.

3. Xəmiri 1 saat soyuducuda saxlayın, sonra yarım sm qalınlıqda yayın, formalarla və ya stəkanın ağzı ilə peçenye kəsin.

4. Sobanı 180 C qədər qızdırın, peçenyeni yağ çəkilmiş tavaya düzün, 20 dəqiqə ərzində bişirin.

Nuş olsun!  

Evdarliq.az



 

 

.