Tərkib:
- 2 yumurta
- 2,5 stəkan un
- 200 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 1 paket vanilin
- 1 ç.q. qabartma tozu
- 150-200 qr cem
Hazırlanması:
1. Şəkər tozu, əridilmiş və soyumuş yağ, yumurta, vanilin yaxşı qarışdırılır.
2. Un qabartma tozu ilə qarışdırılır, ələnir, hissə-hissə kütləyə əlavə olunur, yaxşı qarışdırılır. Xəmir qatı olmamalıdır.
3. Xəmiri 2 hissəyə bölün - biri böyük, biri kiçik. Kiçik hissəni dondurucu kamerada 1 saat saxlayın.
4. Formaya bitki yağı çəkin, xəmir qoyun, hamarlayın, üzərinə cem qoyun, hamarlayın.
5. Dondurucu kameradan xəmirin kiçik hissəsini çıxardın, cemin üzərinə sürtgəcdən keçirin.
6. Sobanı 200 C qədər qızdırın və 20-25 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Evdarliq.az