Tərkibi:
Xəmir üçün:
- 2 yumurta
- 1 banka qatılaşdırılmış süd ("squşonka")
- 100 qr kərə yağı
- 1 x.q. kakao-toz
- yarım çay qaşığı soda
- 1 ç.q. limon şirəsi (sodanı söndürmək üçün)
- 1 stəkan un
Krem üçün:
- 300 qr xama
- 150 qr şəkər tozu
Hazırlanması:
1. Yağı əridin, soyudun.
2. Yumurtanı yaxşı çalın.
3. Qatılaşdırılmış süd əlavə edin, qarışdırın.
4. Ərinmiş yağ əlavə edin, qarışdırın.
5. Sodanı limon şirəsi ilə söndürün, kütləyə əlavə edin.
6. Hissə-hissə ələnmiş un əlavə edin, yaxşı qarışdırın.
7. Xəmiri 2 hissəyə bölün, birinə kakao-toz əlavə edin, qarışdırın.
8. 2 forma götürün, yağ çəkin, un səpin, xəmir tökün.
9. Korjları 180 C qədər qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin.
10. Krem hazırlayırıq: xamanı şəkər tozu ilə qatılaşana qədər çalın.
11. Hazır kremi isti korjlara çəkin. Tortun üzərini zövqünüzə gözə bəzəyin.
Nuş olsun!
Evdarliq.az