Banan və kivi ilə çox asan piroq

Tərkib:

- 2 banan

- 5 kivi

- 100 qr kərə yağı

- yarım stəkan şəkər tozu

- 2 yumurta

- yarım çay qaşığı soda (limonla söndürmək)

- 1 stəkan un

- pudra (piroqun üzərinə tökmək üçün)

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə çalınır, yumurta əlavə olunur, yenə çalınır.

2. Banan çəngəllə əzilir, əlavə olunur, qarışdırılır.

3. Soda əlavə olunur, qarışdırılır.

4. Un əlavə olunur, yaxşı qarışdırılır.

5. Formaya yağ çəkin, xəmirin yarısını qoyun, hamarlayın.

6. Kivi soyun, dairələr şəklində doğrayın, xəmirin üzərinə qoyun.

7. Üzərinə xəmirin qalan hissəsini qoyun, hamarlayın.

8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu hazır olana qədər bişirin.

9. Piroq soyuyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.Az



 

 

.