Bişmiş kremlə çox dadlı bulkalar

Tərkib:

Xəmir:

- 10 qr quru maya

- yarım stəkan şəkər tozu

- yarım stəkan süd

- 100 qr kərə yağı

- təxminən 2,5-3 stəkan un

- 3 yumurta

Krem:

- 1 stəkan süd

- 3 x.q. un

- 1 yumurta

- yarım stəkan şəkər tozu

- 50 qr kərə yağı

- vanilin

Bulkaların üzərinə çəkmək üçün - 1 yumurta

Hazırlanması:

1. İlıq südə maya, şəkər tozu, yumurta, əridilmiş yağ əlavə edin, qarışdırın.

2. Unu ələyin, kütləyə hissə-hissə əlavə edin, xəmir yoğurun, 1 saat isti yerdə saxlayın.

3. Krem hazırlayırıq: yumurta, un, şəkər tozu, süd, vanilin mikserlə yaxşı çalınır, vam odda qarışdıra-qarışdıra qatılaşana qədər bişirilir.  Krem soyuyanda yumşaq kərə yağı əlavə edin, mikserlə yaxşı çalın. Krem hazırdır.

4. Xəmirdən kişik tikələr kəsin, yastıladın, ortasına bir az krem qoyun, bulka şəklinə salın.

5. Bulkaları yağ çəkilmiş tavaya düzün (aralarında məsafələr saxlayın), üzərinə mətbəx dəsmalı sərin, 20 dəqiqə saxlayın. Sonra bulkaların üzərinə çalınmış yumurta çəkin.

6. Sobanı qabaqcadan 180-200 C qədər qızdırırn, bulkaları təxminən 20-25 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az