Tərkib:
- 1 stəkan şəkər tozu
- 5 yumurta ağı
- 200 qr kərə yağı
- 1 stəkan un
- 1 stəkan kokos yonqarı
- 1 paket vanilli şəkər tozu
Hazırlanması:
1. Yumurta ağı şəkər tozu ilə yaxşı çalınır.
2. Kərə yağı əridilir və soyudulur.
3. Yumurta ağına kokos, ələnmiş un, vanilin, ərinmiş yağ əlavə olunur, çox ehtiyatla qarışdırılır.
4. Sobanı qabaqcadan 180 C qədər qızdırın.
5. Formaya kərə yağı çəkin, xəmir qoyun və piroqu təxminən 40 dəqiqə bişirin.
6. Piroqu soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az