Kişmiş və ərik qurusu ilə QEYRİ-ADİ PİROQ

Tərkib:

- 1 stəkan manna yarması

- 1 stəkan xama

- 1 stəkan şəkər tozu

- 2 iri yumurta

- yarım çay qaşığı soda (söndürmək lazım deyil)

- 1 paket vanilli şəkər tozu

- yarım stəkan kişmiş

- yarım stəkan ərik qurusu

Hazırlanması:

1. Xama, manna və soda qarışdırırlır.

2. Yumurta, şəkər tozu, vanilin əlavə olunur, qarışdırılır.

3. Kişmiş və ərik qurusu yuyulur, qurudulur (ərik qurusu tikələrə doğranılır), xəmirə əlavə olunur, qarışdırırlır.

4. Formaya yağ çəkin, un səpin, xəmiri tökün.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 40-50 dəqiqə ərzində bişirin.

6. Piroqu soyudun, üzərini zövqünüzə görə bəzəyin.

Nuş olsun!

Evdarliq.az