Şirniyyat

Şokolad tikələri ilə biskvit. Çox asan!

Tərkib:

- 1 stəkan təzə qatıq (turş olmamalıdır)

- yarım stəkan şəkər tozu

- 100 qr kərə yağı

- 2 yumurta

- 1 paket vanilin

- 100 qr şokolad (plitka)

- 1,5 stəkan un

- 2 ç.q. qabartma tozu

Hazırlanması:

1. Qatıq, yumurta, şəkər tozu, əridilmiş kərə yağı, vanilin yaxşı qarışdırılır.

2. Un qabartma tozu ilə qarışdırılır, ələnir, duru kütləyə əlavə olunur, qarışdırılır.

3. Şokolad kişik tikələrə doğranılır, xəmirə əlavə olunur, qarışdırılır.

4. Formaya yağ çəkin, un səpin, xəmir tökün.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, biskviti 30-35 dəqiqə ərzində bişirin.

6. Biskvit soyuyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.Az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика