Tərkib:
- 1 stəkan un
- yarım stəkan şəkər tozu
- 150 qr kərə yağı
- 3 yumurta
- 2 ç.q. qabartma tozu
- 1 portağalın şirəsi
- 1 portağalın və 1 limonun sedrası (sarı qabıq)
Hazırlanması:
1. Yumurta şəkər tozu ilə mikserlə yaxşı çalınır.
2. Əridilmiş kərə yağı, un, qabartma tozu əlavə olunur, ehtiyatla qarışdırılır.
3. 1 portağalın və 1 limonun qabığı sürtgəcdən keçirilir, portağaldan şirə sıxılır, kütləyə əlavə olunur, qarışdırılır.
4. Formaya yağ çəkin, xəmiri tökün.
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 20 dəqiqə ərzində bişirin.
6. Hazır piroqun üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az