Tərkib:
- 2 stəkan un
- 1 stəkan qoz (fındıq, badam, keşyu və s. istifadə etmək olar, bir neçə çərəzi qarışdırmaq olar)
- 2 ç.q. qabartma tozu
- 100 qr kərə yağı
- 1/2 stəkan şəkər tozu
- 1 yumurta
- 1 çimdik duz
- 1/2 ç.q. darçın
- şəkər pudrası (üzərinə tökmək üçün)
Hazırlanması:
1. Yağ şəkər tozu ilə mikserlə yaxşı çalınır, yumurta, darçın, duz əlavə olunur, yenə çalınır.
2. Qoz blenderlə yaxşı xırdalanır, yumurtalı-yağlı kütləyə əlavə olunur, qarışdırılır.
3. Un qabartma tozu ilə qarışdırılır, ələnir, kütləyə əlavə olunur, qarışdırılır, xəmir yoğrulur.
4. Xəmiri plyonkaya bükün, soyuducuda 30-40 dəqiqə saxlayın.
5. Xəmiri yarım sm qalınlığında yayın, istənilən formada peçenye kəsin. Tavaya perqament sərin, peçenyeləri düzün.
6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni təxminən 15 dəqiqə ərzində bişirin.
7. Peçenyeni soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.Az