Tərkib:
- 200 qr şəkərli peçenye
- 100 qr yumşaq kərə yağı
- 6 x.q. xama (3 - xəmirə, 3 - içlik üçün)
- 1 yumurta
- 400 qr kəsmik
- 1 stəkan şəkər tozu
- 2 x.q nişasta
- 1 ovuc kişmiş
- 1 limonun sedrası
Hazırlanması:
1. Kəsmiyə 3 x.q. xama, çalınmış yumurta, nişasta, şəkər tozu, limon sedrası əlavə olunur, yaxşı qarışdırılır. Kişmiş əlavə olunur, yenə qarışdırılır.
2. Peçenyeni blenderlə xırdalanır və ya sürtgəcdən keçirilir, yumşaq kərə yağı, xama əlavə olunur, qarışdırılır.
3. Xəmiri formaya qoyun, qıraqları qaldırın.
4. Xəmirin üzərinə kəsmikli kütləni tökün.
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 30 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az