Dadlı və yumşaq cemli bulkalar

Tərkib:

- yarım l süd

- 3 stəkan un

- 4 x.q. şəkər tozu

- yarım ç.q. duz

- 100 qr kərə yağı

- 10 qr quru maya

- 1 stəkan qatı cem

- 1 paket vanilli şəkər tozu

- 1 yumurta (bulkaların üzərinə çəkmək üçün)

Hazırlanması:

1. İlıq süddə mayanı və 1 x.q. şəkər tozunu əridin, 10 dəqiqə gözləyin.

2. Südə qalan şəkər tozu, vanilli şəkər tozu, ərinmiş yağ, duz əlavə edin, yaxşı qarışdırın.

3. Sonra ələnmiş un əlavə edin, xəmir qatın, 1 saat isti yerdə saxlayın.

4. Xəmiri bir az qatın, tikələrə doğrayın, dairə şəklində yayın, ortasına cem qoyun, bulka şəklinə salın.

5. Bulkaları yağ çəkilmiş formaya tikişi aşağı olmaqla qoyun (aralarında məsafə qalmalıdır), üzərinə mətbəx dəsmalı salın, 20-30 dəqiqə saxlayın.

6. Bulkaların üzərinə çalınmış yumurta çəkin.

7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, bulkaları 35-40 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az   


.