Tərkibi:
Xəmir:
- 1,5 stəkan (1 stəkan + yarım stəkan) un
- 200 q kəsmik
- yarım stəkan şəkər tozu
- 1 ç.q. soda
- 1 yumurta
Krem:
- 1 yumurta
- yarım l süd
- 1 stəkan şəkər tozu
- 1 paket vanilli şəkər tozu
Üzərinə səpmək üçün:
- yarım stəkan qoz
- 1 plitka şokolad
Hazırlanması:
1. Krem: 1 yumurta, şəkər tozu, 2 x.q. un və vanilini qarışdırın. Süd qatıb yenə yaxşı qarışdırın ki, lopa qalmasın. Sonra bu kütləni vam odun üzərində qarışdıraraq 5 dəqiqə bişirin. Kənara qoyun.
2. Kəsmiyə limon şirəsi ilə söndürülmüş soda qatıb qarışdırın. 1 yumurtanı şəkər tozu ilə yaxşı çalın, unun qalanını qatıb xəmir yoğurun. 8 yerə bölüb kündələyin. Hər birini nazik yayın. Çəngəllə müxtəli yerlərindən deşin və quru tavada hər iki üzü qızaranadək bişirin.
3. Korjları aralarına krem çəkməklə üst-üstə düzün. Tortun üzərinə və kənarlarına da krem çəkin. Üzərinə şokolad yonqarı və xırdalanmış qoz səpin.
Otaq temperaturunda bir neçə saat saxladıqdan sonra soyuducuya qoyun.
Nuş olsun!
Milli.Az