Tərkib:
- 1,5 stəkan un (1 stəkan + yarım stəkan)
- 150 qr kərə yağı
- yarım stəkan şəkər tozu
- 1 yumurta
- 1 ç.q. qabartma tozu
- 4-5 kivi
Hazırlanması:
1. Un qabartma tozu ilə birlikdə ələnir, yumşalmış yağ, yumurta, şəkər tozu əlavə olunur, yaxşı qarışdırırlır. Yumşaq, elastik xəmir alınmalıdır.
2. Xəmiri plyonkaya bükün, 30-40 dəqiqə soyuducuda saxlayın.
3. Kivini soyun, nazik dairələr şəklində doğrayın.
4. Xəmirdən götürüb dairələr formasına salın, ortasına kivi qoyun, xəmirin qıraqlarını şəkildə göstərildiyi kimi bükün.
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, tavaya perqament kağızını sərin, peçenyeləri düzün.
6. Peçenyeni qızıl rəng alana qədər bişirin.
7. Peçenyeni soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.Az