Sadə ŞOKOLADLI KEKS

Ərzaqlar:

- 1 stəkan un

- 200 qr kərə yağı

- 4 x.q. kakao

- 1,5 stəkan şəkər tozu (1 stəkan + yarım stəkan)

- yarım stəkan süd

- yarım ç.q. soda (limon şirəsi ilə söndürmək)

- 4 yumurta

- 1 paket vanilli şəkər tozu

Hazırlanması:

1. Qazanda kərə yağı əridilir, kakao, şəkər tozu, vanilli şəkər tozu, süd əlavə olunur, qaynadılır, soyuqulur. Kütlədən 3 x.q. saxlayın (keksin üzərinə çəkmək üçün).

2. Kütlə soyuyanda bir-bir yumurta əlavə edin, qarışdırın.

3. Un və limon şirəsi ilə söndürülmüş soda əlavə edin, yaxşı qarışdırın.

4. Sobanı qabaqcadan 180 C qədər qızdırın, xəmiri keks üçün qaba qoyun, 35-40 dəqiqə ərzində bişirin.

5. Hazır keksin üzərinə kakaolu kütlədən qalan hissəsini çəkin.

Nuş olsun!

Evdarliq.Az


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Son şərhlər  

#1 Aynura 2016-10-23 13:09
Salam.Unun miqdarini bildirmemisiniz.
Cavab yaz
#2 Zeris 2016-12-08 17:22
Salam ,bes yumurta getmir buna
Cavab yaz
#3 Saytın Admini 2016-12-08 18:27
Quoting Zeris:
Salam ,bes yumurta getmir buna


Salam. 4 yumurta gedir. Reseptdə var.
Cavab yaz
#4 adsiz 2017-01-28 16:41
Quoting Aynura:
Salam.Unun miqdarini bildirmemisiniz.

bes yazilib 1st un evvelde
Cavab yaz
#5 adsiz 2017-01-28 16:43
Quoting Zeris:
Salam ,bes yumurta getmir buna

4 eded yumurta yazib diqqetle baxin
Cavab yaz
#6 ayse 2017-02-11 10:48
Ela dadli
Cavab yaz

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO