Ətirli DARÇINLI PEÇENYE. Sadə resept

Ərzaqlar:

- 1 stəkan şəkər tozu

- 2 ç.q. darçın

- 2 yumurta

- 150 qr kərə yağı

- 2 stəkan un

- 1 ç.q. qabartma tozu

- 1 ç.q. vanilli şəkər tozu

- 1 çimdik duz

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə yaxşı çalınır.

2. Digər qabda yumurta vanilli şəkər tozu ilə çalınır, yağlı-şəkərli kütləyə əlavə olunur, qarışdırılır.

3. Un qabartma tozu ilə qarışdırılır, ələnir, yağlı-yumurtalı kütləyə əlavə olunur, qarışdırılır.

4. Darçın, duz əlavə olunur, xəmir yoğrulur.

5. Xəmiri 3-4 hissəyə bölün, plyonkaya bükün, soyuducuda 1 saat saxlayın.

6. Xəmiri yayın, istənilən formada peçenye kəsin.

7. Tavaya perqament kağızı sərin, peçenyeləri düzün.

8. Peçenyeni qabaqcadan 180 C qədər qızdırılmış sobada təxminən 10 dəqiqə ərzində bişirin.

9. Peçenyeni soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .