Sadə və dadlı almalı piroq

Ərzaqlar:

Xəmir:

- 300 qr un

- 150 qr kərə yağı

- yarım stəkan şəkər tozu

- 1 yumurta

- 1 x.q. xama

- 1 çay qaşığı qabartma tozu

İçlik:

- 1 kq alma

- yarım stəkan şəkər tozu

- 2-3 x.q. üyüdülmüş suxari

- 1 ç.q darçın

Hazırlanması:

1. Şəkər tozu yumşaq kərə yağı ilə çalınır.

2. Yumurta və xama əlavə olunur, çalınır.

3. Un qabartma tozu ilə qarışdırılır, ələnir, yağlı-şəkərli kütləyə əlavə olunur, qarışdırılır.  Xəmiri çox yoğurmaq olmaz.

4. Xəmiri 2 hissəyə bölün.  Bir hissəsi daha böyük (2/3), digəri daha kiçik (1/3) olmalıdır.

5. Böyük xəmiri formaya qoyun, hamarlayın, çəngəllə bir neçə yerdən deşin.

6. Formanı və qalan xəmiri soyuducuda 40 dəqiqə- 1 saat saxlayın.

7. Almanı soyun, təmizləyin, nazik dilimlərə doğrayın, şəkər tozu əlavə edin, ehtiyatla qarışdırın.

8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, xəmirlə olan formanı sobaya qoyun, 10-15 dəqiqə bişirin.

9. Formanı sobadan çıxardın, xəmirin üzərinə suxari səpin, üzərinə alma düzün, darçın səpin.

10. Üzərinə xəmirin qalan hissəsini sürtgəcdən keçirin.

11. Piroqu 180 C qədər qızdırılmış sobada 40-60 dəqiqə ərzində bişirin.

12. Piroqu soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.Az



 

 

.