20 dəqiqəyə hazırlanan rulet - HAZIRLANMA QAYDASI

Evdə çayla içməyə şirniyyat yoxdur? Dükana getməyə tələsməyin. Təqdim etdiyimiz bu ruleti 20 dəqiqəyə hazırlaya bilərsiz.

Ərzaqlar:

Xəmir:

- 3 yumurta

- 5 yemək qaşığı şəkər tozu

- bir çimdik duz

- 5 yemək qaşığı quru süd

- 5 yemək qaşığı un

- yarım çay qaşığı qabartma tozu

İçlik:

- 1 stəkan bişirilmiş qatılaşdırılmış süd və istənilən cem

Hazırlanması:

1. Yumurtanı köpənə kimi mikserlə çalın.

2. Duz və şəkər tozunu əlavə edib yaxşıca çalmağa davam edin.

3. Sonra qabartma tozu, un və quru südü əlavə edib qarışdırın.

4. Xəmiri yağlı kağız sərdiyiniz soba qabına töküb kənarlara doğru hamarlayın. 180 dərəcədə 5-7 dəqiqə bişirin.

5. İsti korjun üzərinə qatılaşdırılmış süd və ya cem çəkib rulet kimi bükün.

6. Üstünü sürtgəcdən keçirilmiş şokolad, kokos və ya şəkər tozu, qoz-fındıqla bəzəyə bilərsiz.

Nuş olsun!

Aile.lent.az