Tərkib:
- 1 iri yetişmiş banan
- 1 stəkan un
- 100 qr kərə yağı
- 1/2 stəkan şəkər tozu
- 1 paket vanilli şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 1 çimdik duz
Hazırlanması:
1. Yumşaq kərə yağı şəkər tozu və vanilli şəkər tozu ilə çalınır.
2. Un qabartma tozu ilə qarışdırılır, ələnir, yağlı-şəkərli kütləyə əlavə olunur.
3. Duz əlavə olunur.
4. Banan blenderdə əzilir, xəmirə əlavə olunur, xəmir yoğrulur.
5. Xəmir qalınlığı 3-4 sm olan "kolbasa"lar şəklində yayırıq. Hər "kolbasa" plyonkya bükülür, soyuducuda 30 dəqiqə saxlanılır.
6. Plyonkanı açın, xəmiri təxminən 1 sm qalınlığı olan tikələrə doğrayın.
7. Sobanı qabaqcadan 200 C qədər qızdırın. Tavaya perqament kağızı sərin, peçenye düzün (aralarında məsafə qalmalıdır).
8. Peçenyeni 15-20 dəqiqə ərzində bişirin. Diqqətli olun! Peçenye çox tez yanır.
9. Hazır peçenyeni soyuqdun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.Az