Tərkib:
Xəmir üçün:
- 200 qr şəkər tozu
- 200 qr kərə yağı
- 5 yumurta
- 500 qr xama
- 300-350 qr un
- 3 ç.q. qabartma tozu
- 3-4 x.q. kakao-toz
Krem üçün:
- 500 qr xama
- 150 qr şəkər tozu
- 2 ç.q. vanilli şəkər tozu
Qlazur üçün:
- 100 qr kərə yağı
- 5 x.q. süd
- 7 x.q. şəkər tozu
- 5 x.q. kako-toz
Hazırlanması:
1. Kərə yağı şəkər tozu ilə çalınır.
2. Bir-bir yumurta əlavə olunur, çalınır.
3. Xama əlavə olunur, yaxşı qarışdırılır.
4. Qabartma tozu una əlavə olunur, yaxşı qarışdırılır, ələnir, yağlı-yumurtalı kütləyə əlavə olunur, qarışdırılır.
5. Xəmiri 2 hissəyə bölün, bir hissəyə kakao əlavə edin, qarışdırın.
6. Formaya yağ çəkin. Ortasına 1-2 x.q. kakaolu xəmir tökün, onun ortasına 1-2 x.q. ağ xəmir tökün, sonra ortasına yenə kakaolu xəmir tökün və s. 1-ci forma dolanda xəmiri eyni qaydada 2-ci formaya tökün. Nəticədə 2 korj alınmalıdır.
7. Sobada qabaqcadan 180 C qədər qızdırın və korjları 30-35 dəqiqə ərzində bişirin.
8. Krem: xəmiri şəkər tozu və vanilli şəkər tozu ilə yaxşı çalın.
9. Hazır korju soyudun, krem çəkin, üzərinə 2-ci korj qoyun.
10. Qlazur: qazanda kərə yağını əridin, süd, şəkər tozu və kakao əlavə edin, bir qədər qatılaşana qədər qaynadın.
11. Tortun üzərinə qlazur tökün, tortu zövqünüzə görə bəzəyin.
Nuş olsun!
Evdarliq.Az