Tez hazırlanan dadlı KOKOSLU PİROJNA

Biskvit:

- 3 yumurta

- 150 qr şəkər tozu

- 100 qr bitki yağı

- yarım stəkan süd

- yarım çay qaşığı qabartma tozu

- 1 x.q. vanilli şəkər tozu

- 250 qr un

Sous:

- yarım stəkan süd

- 1 x.q. kakao

- 50 qr şəkər

- 50 qr şokolad

Üzərinə səpmək üçün:

- kokos yonqarı

Hazırlanması:

1. Yumurta, şəkər tozu və vanilli şəkər tozu mikserlə 3 dəqiqə ərzində çalınır.

2. Süd və bitki yağı əlavə olunur, mikserlə yaxşı qarışdırılır.

3. Una qabartma tozu əlavə edin, qarışdırın və birlikdə ələyin.

4. Unu yumurtalı-yağlı kütləyə əlavə edin, mikserlə qarışdırın.

5. Formaya perqament kağızı sərin, xəmiri tökün və qabaqcadan 180 C qədər qızdırılmış sobada təzminən 30 dəqiqə ərzində bişirin. Biskvitin hazır olub-olmadığını diş çopü ilə yoxlayın.

6. Biskviti soyudun.

7. Sous hazırlayırıq: süd, şəkər tozu, şokolad, kakao kiçik qazanda qızdırılır, qaynamağa başlayanda oddan götürülür və otaq temperaturuna qədər soyudulur.

8. Biskviti tikələrə doğrayın, qıraqları kəsin. Tikələri sousa batırın və 15 saniyə saxlayın ki, sous biskvitə hopulsun. Sonra isə hər tərəfdən kokos yonqarına batırın.  

Nuş olsun!

Evdarliq.Az



 

 

.