Qızılgül peçenyesi

Tərkib:

- 200 qr kəsmik

- 1 stəkan un

- 150 qr kərə yağı

- yarım stəkan şəkər tozu + yarım stəkan şəkər pudrası

- 2 yumurta

- 1 ç.q. qabartma tozu

- 1 paket vanilli şəkər tozu

Hazırlanması:

1. Kəsmiyə yarım stəkan şəkər tozu, 1 paket vanilli şəkər tozu və 2 yumurta sarısını əlavə edirik, çəngəllə yaxşı qarışdırırıq.

2. Soyuq kərə yağını sürtgəcdən keçirdirik və ya bıçaqla xırda doğrayırıq.

3. Unu qabartma tozu ilə birlikdə ələyirik, kərə yağına əlavə edirik, barmaqlarla ovuşdururuq ki, xırda ovuntu alınsın.

4. Unlu kütləni kəsmikli kütləyə əlavə edirik, xəmir yoğururuq.

5. Xəmiri plyonkaya bükürük və 30 dəqiqə soyuducuda saxlayırıq.

6. Yumurtanın ağına bir çimdik duz əlavə edirik və mikserlə yaxşı çalırıq. Kütlə ağaranda hissə-hissə pudra əlavə edirik, yaxşı çalırıq. Qurtarana yaxın kütləyə bir neçə damcı limon şirəsini əlavə edin.  

7. Xəmiri 2 hissəyə bölürük, hər hissəni təxminən yarım sm qalınlıqda yayırıq (düzbucaq formasında olmalıdır), üzərinə yumurtanın ağını çəkirik, rulet formasında bükürük və sonra bu ruletləri təxminən 1,5-2 sm qalınlıqda olan tikələrə doğrayırıq.

8. Tavaya perqament kağızı səririk və peçenyeni düzürük (aralarında məsafə saxlayın).

9. Sobanı qabaqcadan 180 C qədər qızdırırıq və peçenyeni təxminən 30-35 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .