Beze çox asan hazırlanır. Lakin hazırlanma zamanı bəzi vacib qaydalara əməl etmək lazımdır:
- Beze üçün yalnız yumurtanın ağı istifadə olunur. Ağı sarıdan çox ehtiyatla ayırmaq lazımdır ki, sarının 1 damcısı da ağa düşməsin.
- Yumurtanın ağı soyuq olmalıdır (onda daha yaxşı çalınır).
- Yumurtanın ağı quru qabda çalınmalıdır.
- Yumurtanı çalanda 1 çimdik duz və ya bir neçə damcı limon şirəsi əlavə edin ki, daha tez və yaxşı çalınsın.
Tərkib:
- 5 yumurta ağı
- 250 qr şəkər tozu
Hazırlanması:
1. Yumurta ağını çalın.
2. Çala-çala tədricən şəkər tozu əlavə edin (hər dəfə 1-2 x.q.).
3. Kütlə qatı olmalıdır.
4. Tavaya perqament kağızı sərin, şprislə və ya qaşıqla beze qoyun.
5. Sobanı qabaqcadan 100 C qədər qızdırın. Bezeni 1-1,5 saat ərzində qurudun.
Nuş olsun!
Evdarliq.Az