İnqrediyentlər
- 1 stəkan manna yarması
- 1 stəkan xama
- 1 stəkan şəkər tozu
- 3 yumurta
- 1 stəkan un
- 1 ç.q. qabartma tozu
- 1/2 ç.q. darçın
Hazırlanması:
1. Xamanı manna yarması ilə qarışdırın, 1 saat saxlayın.
2. Yumurtanı şəkər tozu ilə çalın, manna kütləsinə əlavə edin, yaxşı qarışdırın.
3. Xəmirə ələnmiş un, qabartma tozu, darçın əlavə edin, qarışdırın.
4. Sobanı qabaqcadan 180 C qədər qızdırın, xəmiri formaya tökün, 40-50 dəqiqə bişirin.
5. Piroqun hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
Nuş olsun!
Evdarliq.Az