Albalı ilə şokoladlı piroq

Albalı ilə şokoladlı piroq çox dadlı və zərif alınır, ağızda əriyir. Piroq tez hazırlanır. Reseptdə soda və ya qabartma tozu istifadə olunmur. Albalının əvəzundə istənilən digər giləmeyvələrdən (moruq, çiyələk və s.) istifadə etmək olar.

İnqrediyentlər:

- 200 qr şokolad

- 100 qr kərə yağı

- 20 qr kakao-toz

- 150 qr şəkər tozu

- 3 yumurta

- 150 qr un

- 300 qr albalı (çəyirdəksiz)

Hazırlanması:

1. Şokola kərə yağı ilə birlikdə əridilir.

2. Kakao-toz və şəkər tozu əlavə olunur, qarışdırılır.

3. Yumurta əlavə olunur, qarışdırılır.

5. Albalı əlavə olunur, qarışdırılır.

6. Un əlavə olunur, yaxşı qarışdırılır. Reseptdə göstərdiyindən artıq un istifadə etməyin, piroq ağır alınacaq.  

7. Formaya kərə yağı çəkin, xəmir qoyun, 180 C qədər qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirin.

8. Piroqu soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.Az


Загрузка...
. .