Tort çox asan və tez hazırlanır. Krem əvəzinə dükanlarda satılan bişmiş "squşonka"dan istifadə olunur.
İngrediyentlər:
- 250 qr kərə yağı
- 3 yumurta sarısı
- 1 stəkan şəkər tozu
- 3 stəkan un
- 1 ç.q. qabartma tozu
- 2 banka "squşonka"
Hazırlanma:
1. Şəkər tozunu yumurta sarısı ilə mikserlə yaxşı çalın.
2. Yumşaq kərə yağı əlavə edin, yaxşı qarışdırın.
3. Un, qabartma tozu əlavə edin, xəmir yoğurun, 2 hissəyə bölün.
4. Kvadrat və ya düzbucaq formaya kərə yağı çəkin və ya perqament sərin, 3-5 m qalınlıqda xəmir qoyun, qabaqcadan 180 C qədər qızdırılmış sobada bişirin. Sonra bu qayda ilə 2-ci korju bişirin.
5. Hazır korjları yarıbayarı 2 hissəyə bölün, korjların arasına, böyürlərinə və tortun üzərinə "squşonka" çəkin.
Nuş olsun!
Mənbə: say7.info
Tərcümə: Evdarliq.Az