Bişmiş kremlə dadlı tort. Resept

Çox asan hazırlanan zərif və dadlı tort. Zövqə görə digər kremdən də istifadə edə bilərsiniz. Tortun üzərini və böyürlərini xırdalanmış qoz, ovuntu, şokolad yonqarı ilə bəzəmək olar.

Ərzaqlar:

Xəmir:

- 0,5 kq kəsmik

- 1 yumurta

- 2 st. şəkər tozu

- 2 ç.q. soda

- 3 st. un

Bişmiş krem:

- 4 yumurtanın sarısı

- 1 st. şəkər tozu

- 2 x.q. un

- 3 st. süd

Hazırlanması:

1. Kəsmiyi şəkər tozu və yumurta ilə çalın. Bir qədər saxlayın (suyu çıxacaq).

2. Sodanı limon şirəsi ilə söndürün, xəmirə əlavə ein, qarışdırın.

3. Ələnmiş un əlavə edin, xəmir yoğurun, xəmiri 6 hissəyə bölün.

4. Sinini yağlayın, xəmiri içinə qoyub əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə (qızaranadək) bişirin (ayrılıqda 6 korj bişirəcəksiniz).

5. Krem üçün yumurta sarılarını şəkər tozu ilə çalıb soyuq süd və unu əlavə edin, yaxşıca qarışdırın, vam odda qatılaşanadək qarışdıraraq bişirin. Soyudun.

6. Korjların arasına krem çəkərək üst-üstə yığın.

7. Üzərini zövqə görə bəzəyin.

Nuş olsun!

Aile.lent.az


Загрузка...
. .